Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan 14 min 190 ton fındıq ixrac olunub.
Banker.az bu barədə Dövlət Gömrük Komitəsinin son aylıq hesabatına istinadən bildirir.
10 ayda ixrac edilən fındığın dəyəri 86 milyon 623 min dollar olub. Ötən ilin yanvar-oktyabr aylarında dəyəri 101 milyon 221 min dollar olmaqla 18 min 545 ton fındıq ixrac edilib.
Belə ki, fındıq ixracı miqdar ifadəsində 4 min 355 ton və yaxud 24%, dəyər ifadəsində isə 14 milyon 598 min dollar və yaxud 14.4% azalıb.