Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr razılaşmasına əsasən, noyabrın 20-də Ermənistan ordusu Ağdam rayonunu tərk etməlidir.
Ermənistan KİV-i xəbər verir ki, 1993-cü ildə rayon ərazisi işğal olunduqdan sonra Ağdamın 6 kəndində erməni sakinlər məskunlaşmışdı.
Rəsmi Yerevan həmin kəndlərin sakinlərinə noyabrın 19-u gecə saat 23:00-a qədər həmin kəndləri tərk etməsi tələb olunur. Kəndlərin erməni sakinləri Ağdamı tərk etməyə və Ermənistana qayıtmağa hazırlaşır.