11 C
Baku
Monday, November 25, 2024

Şoyqu Qarabağda atəşkəsə nəzarət məqsədi ilə yaradılacaq Rusiya-Türkiyə birgə monitorinq mərkəzi haqqında danışıb

Rusiya və Türkiyə Dağlıq Qarabağda atəşkəsə nəzarətə dair birgə monitorinq mərkəzinin yaradılacağı yerlə bağlı razılaşdırmanı başa çatdırırlar.

Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiya Prezidenti Vladimir Putinin rəhbərliyi ilə Dağlıq Qarabağdakı Rusiya humanitar missiyası ilə bağlı keçirilən müşavirədə bildirib.

“Azərbaycan ərazisində atəşkəsə nəzarət və bütün hərbi əməliyyatlara nəzarətlə bağlı birgə Rusiya-Türkiyə mərkəzinin yaradılması haqqında memorandumun həyata keçirilməsi çərçivəsində Türkiyə tərəfi ilə mərkəzin yeri və icra edəcəyi vəzifələrin razılaşdırılması başa çatır”, – deyə Rusiya müdafiə naziri vurğulayıb

MənbəApa
Son xəbərlər
Digər xəbərlər