12 C
Baku
Monday, November 25, 2024

Azərbaycan Ohanyana yeni cinayət işi açır

Azərbaycan Hərbi Prokurorluğu Ermənistanın sabiq müdafiə naziri Seyran Ohayana daha bir maddə ilə ittiham verib.

Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda istintaq olunan cinayət işi üzrə Ohanyan Seyran Muşeqoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul edilib və barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Hərbi Prokurorluq tərəfindən müvafiq təqdimatla Bakı hərbi məhkəməsinə müraciət olunub və məlum olduğu kimi təqdimat təmin edilib.

Azərbaycan Respublikası Hərbi Prokurorluğunda barəsində axtarış elan edilməsi haqqında qərar qəbul edilərək icrasının təmin edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinə və İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosuna göndərilib.

Qeyd edək ki, bu arada Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi işğaldan azad olunan Ağdamda səfərdə olarkən Ermənistana qarşı bütün hərbi cinayətlərə qarşı cavab verəcəyini yenidən vurğulayıb.

Prezident bunu deyib: “Sağda da düşmən tərəfindən dağıdılmış Azərbaycan vətəndaşlarının evləri. Bütün dünya görsün ki, vəhşi düşmən nə günə qoyub bizim kəndlərimizi. Hansı vəhşilərlə üz-üzə idik. Hansı vəhşiləri biz məğlub etmişik. Bütün dünya bunu görməlidir. Bir dənə də salamat bina yoxdur. Hamısını dağıdıblar. Evlərimizi, kəndlərimizi dağıdıb, torpaqlarımızdan istifadə ediblər. Bütün hərbi cinayətlərə görə düşmən cavab verəcək. Ağdam şəhərinə də biz jurnalistləri, həmçinin xarici jurnalistləri, diplomatik korpus nümayəndələrini dəvət edəcəyik”.

Son xəbərlər
Digər xəbərlər