11 C
Baku
Monday, November 25, 2024

«Ən kasıb prezident»

Sadəcə söz verən deyil, həmçinin verdiyi sözlərin üstündə duran bir insan!

Xarizmatik lider olan Tomas Sankara inqilabın inkişafını yalnız şəxsi nümunədə görürdü. Prezident ordu kapitanı olaraq bu vəzifədən qazandığı əmək haqqı ilə – ayda 450 dollar ilə dolanırdı. Prezidentlikdən aldığı 2000 dollar məbləğində pulu isə kimsəsizlər fonduna bağışlayırdı. Sankaranın vəfatından sonra onun sərvətinin hakimiyyətə gəlməmişdən əvvəl aldığı “Pejo” markalı avtomobildən, buzxanası sınıq olan soyuducudan, üç gitardan və dörd velosipeddən ibarət olduğu aşkar olunmuşdu. Onun keçirdiyi islahatlardan biri bütün dövlət məmurlarının gəlirlərinin və hesablarının açıqlanması olmuşdu.

Bundan savayı, Sankara işçilərinə onun iş otağında kondisioner quraşdırmaqlarını qadağan etmişdi. Bunu o, belə izah etmişdi: “mən dəbdəbəli həyat sürə bilməyən insanların qarşısında utanıram”. Həmçinin Sankara öz portretlərini ictimai yerlərdən, ofislərdən asmağa da icazə verməmişdi. O, “Mersedes” markalı avtomobillərdən ibarət olan hökumət avtoparkını satmışdı. Onun əvəzinə nazirləri o dönəmdə ölkədə ən ucuz marka olan “Reno” avtomobilləri ilə təmin etmişdi.

Sankara dövlət məmurlarının maaşlarını kəsirdi, onlara şəxsi sürücüdən istifadə etməyə və birinci sinif aviabiletlərlə uçmağı qadağan etmişdi. Həmçinin məmurlara bahalı qərb kostyumları deyil, yerli əhalinin tikdiyi pambıqdan olan tuniklər geyinmələrini tapşırmışdı. Yeni il qabağı Sankara administratorlara kimsəsizlər fonduna bir aylıq əmək haqqlarını bağışlamaları haqqında göstəriş vermişdi. Bir dəfə Sankara nazirlər kabinetinin yarısını işdən çıxardıb kollektiv fermalara göndərmişdi. Ölkə başçısı onların orada çalışaraq daha faydalı olacaqlarını bəyan etmişdi.

Sankaranın hakimiyyətə gəlməyindən (1986) üç il ötdükdən sonra Dünya Bankı Burkina-Fasoda korrupsiyanın olmadığını qeyd etmişdi.

Son xəbərlər
Digər xəbərlər