Türkiyə və Rusiya arasındakı dialoq Dağlıq Qarabağdakı böhranlı vəziyyətdə özünü göstərən real nəticələr verir.
Banker.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu bildirib.
“Dağlıq Qarabağla bağlı böhrandan göründüyü kimi, Rusiya ilə apardığımız dialoq nəzərəçarpan nəticələr verməyə davam edir. Biz önümüzdəki dövrdə bu strateji yanaşmanı rəhbər tutacağıq”, – deyə nazir Türkiyə Parlamentinin iclasında söyləyib.
O, atəşkəsə əməl olunmasına nəzarət etmək üçün ortaq monitorinq mərkəzinin yaradılmasına dair Rusiya ilə 11 noyabr tarixində memorandumun imzaladığını xatırladıb.
“Biz orta və uzunmüddətli razılaşmanın Ermənistan üçün də faydalı olacağına inanırıq. Regionda sülh və sabitliyin hökm sürməsini istəyirik”.