Bu il noyabrın 1-nə Azərbaycan banklarına kredit qoyuluşu 14 409 milyon manat təşkil edib.
Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, oktyabrın 1-i ilə müqayisədə 0.6% azdır.
2020-ci ilin oktyabrın 1-nə Azərbaycan banklarına kredit qoyuluşu 14 497 milyon manat təşkil edib.
İlin əvvəlinə nisbətən bankların kredit qoyuluşu 3.3% azalıb, son 1 ildə isə 2.4% artıb.
2019-cu ilin eyni dövründə isə Azərbaycan banklarına kredit qoyuluşu 14 075 milyon manat təşkil edib.







