2020-ci ilin Noyabr ayında əhalinin banklardakı əmanətləri 36.1 milyon manat artıb.
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, 01 Noyabr 2020-ci il tarixində əhalinin banklardakı əmanətləri 7 milyard 870 milyon 300 min manat təşkil edib. Əhalinin əmanətləri oktyabrın əvvəlində 7 milyard 834 milyon 200 min manat olmuşdu.
Aylıq müqayisədə əhalinin banklardakı əmanətləri 36 milyon 100 min manat və ya 0.55 artıb.
2020-ci ilin Yanvar ayının əvvəli ilə müqayisədə əhalinin banklardakı əmanətləri 767.6 milyon manat azdır. 01 Yanvar 2020-ci il tarixində əhalinin banklardakı əmanətləri 8 milyard 637 milyon 900 min manat təşkil etmişdi.








