“Koronavirusdan əvvəlki” həyata qayıtmaq gələn ilin yay aylarında mümkün olacaq.
Banker.az xarici KİV-ə istinadən xəbər verir, bunu Avstriya kansleri Sebastyan Kurç söyləyib.
“Çoxları şübhə etsə də, gün bu perspektivin reallaşacağını təsdiqləyirəm və çox şadam”, – deyə Kurç qeyd edib. O, eyni zamanda qeyd edib ki, Covid-19 əleyhinə peyvənd yaratmaq virus üzərində qələbə çalmaq demək deyil.
Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, pandemiya başlayandan dünyada 60 milyondan çox yoluxma halı qeydə alınıb, onlardan 1,4 milyon nəfər dünyasını dəyişib.