5 C
Baku
Saturday, December 14, 2024

Dövlət müəssisəsi yeni investora satıldıqdan sonra MMC-yə çevrildi

Bir vaxtlar dövlətə məxsus olan “Bakı fəhləsi maşınqayırma zavodu” ASC özəlləşdirildikdən sonra təşkilatı hüquqi formasını dəyişir.

Banker.az xəbər verir ki, “Bakı fəhləsi maşınqayırma zavodu” ASC təşkilati-hüquqi forması dəyişərək Məhdud Məsuliyyətli Cəmiyyət çevrildiyini elan edir.

Bildirək ki, bir il öncə Əmlak Məsələləri Dövlət Komitəsi “Bakı fəhləsi maşınqayırma zavodu” ASC-nin səhmlərinin 97,83%-nin satışı üzrə investisiya müsabiqəsi elan edib.

“Bakı fəhləsi maşınqayırma zavodu” Bakının Sabunçu rayonunun Sabunçu qəsəbəsində, E.Mehdiyev küçəsi, 10  ünvanında yerləşir. Səhmdar cəmiyyəti neft-mədən avadanlıqları və onların ehtiyat hissələrinin istehsalı ilə məşğuldur. Onun nizamnaməə kapitalı 22,3 milyon manatdır ki, bu məbləğ də hər birinin nominal dəyəri 2 manat olan 11,15 milyon ədəd sənədsiz, adlı səhm əsasında formalaşıb. Bu səhmlərdən 10 907 610 ədədi (21 815 220 manatlıq) investisiya müsabiqəsinə çıxarılıb.

Onu da qeyd edək ki, “Bakı fəhləsi maşınqayırma zavodu”nun nizamnamə kapitalı 22 300 000 manatdır və qanuni təmsilçisi Tahir Əliyev Gülməmməd oğludur.

 

Son xəbərlər
Digər xəbərlər