“Yevlax Tikinti Servis” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı 12 yanvar 2021-ci il saat 11.00-da Yevlax şəhəri, Nizami prospekti, dalan 2, ev 2 ünvanında keçiriləcəkdir.
Banker.az xəbər verir ki, iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. Səhmdar cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti barədə idarə heyətinin illik hesabatı;
2. Səhmdar cəmiyyətin idarəetmə orqanının formalaşdırılması;
3. Digər məsələlər. Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir. Əlaqə telefonu: (070) 336-45-62 “Yevlax Tikinti Servis” ASC-nin icra orqanı
Onu da qeyd edək ki, “Yevlax Tikinti Servis” ASC 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Bu ASC-nin nizamnamə kapitalı 9 012 manatdır və qanuni təmsilçisi Asif Nuriyev Vahid oğludur.