Gürcüstanın maliyyə naziri İvane Maçavariani koronavirusa (COVİD-19) yoluxub.
Ölkənin Maliyyə Nazirliyindən verilən məlumata əsasən, nazir özünü yaxşı hiss edir və işini distant rejimdə davam etdirir.
Qeyd olunub ki, İ.Maçavarianinin müavini Giorgi Kakauridzedə də koronavirus aşkarlanıb və o da ev şəraitində müalicə olunur.