Lens Edvard Armstronq –amerikalı şose velosipedçisidir. Armstronq deyir: “Bir dəfə həkimlər məndə beyin xərçəngi, ağciyər xərçəngi və yumurtalıq xərçəngi aşkar etdilər – hamısı bir dəfəyə. Mənə idmanı atmağı təklif etdilər, amma mən onların hamısını cəhənnəmə yola saldım. Müalicə alıb sağaldıqdan sonra, beş dəfə ardıcıl şəkildə Tur-de-Fransın qalibi oldum”.
Əməliyyatdan və kimya terapiyasından cəmi üç il sonra 1999-cu ildə Armstronq ilk dəfə Tur-de-Fransın qalibi oldu. İtaliyalı velosipedçi Filippo Simeonu açıq aşkar onu dopinqdən istifadədə ittiham etdi. Ona cavab olaraq, Armstornq vəd etdi ki, özünün iştirak etdiyi heç bir yarışmada Simioniyə qalib gəlmək imkanı verməyəcək. O, bu vədinin üstündə durdu.
2004-cü ildə baş verən ən ağır yarışmada demək olar ki, bütün tras Armstronqun ünvana söylənmiş söyüş və təhqirlər yazılaraq doldurulmuşdu. Az qala bütün fransızlar Armstronqun üzünə tüpürürdü. Amma buna rəğmən o yenə qalib gəlir.