Koronovirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması cari ilin aprel-oktyabr aylarında ölkəmizə gələnlərin sayında kəskin azalmaya səbəb olub və səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilib.
Banker.az xəbər verir ki, 2020-ci ilin oktyabr ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 24,9 milyon manat təşkil edib.
Ötən ilin oktyabr ayında isə bu göstərici 104.7 milyon manat olub ki, bu da illik müqayisədə əcnəbilərin bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcminin 4.2 dəfə azalması deməkdir.
2020-ci ilin yanvar-oktyabr ayında isə əcnəbilər bank kartları vasitəsi ilə 379,1 milyon manatlıq əməliyyat aparıblar. 2019-cu ilin yanvar-oktyabr aylarında isə bank kartları vasitəsi ilə 1 073.8 milyon manatlıq əməliyyat aparıblar.