6 C
Baku
Sunday, December 15, 2024

“AccessBank”da yeni İcraçı Direktorlar təyin edilib

“AccessBank”da yeni icraçı direktorlar təyin edilib. Bunlar Bankın İnsan Resursları üzrə İcraçı Direktoru Nigar Hüseynzadə və İnformasiya Texnologiyaları üzrə İcraçı Direktoru Zəhra Zeynalovadır. 

Banker.az bu barədə bankdan əldə etdiyi məlumata əsasən xəbər verir.

Qeyd edək ki, Nigar Hüseynzadə “AccessBank”da fəaliyyətə 2019-cu ildə İnsan Resursları Departamentinin Rəhbəri kimi başlayıb. Bundan öncə isə uzun illər telekommunikasiya sahəsində insan resursları istiqamətində rəhbər vəzifələrdə işləyib.  

Zəhra Zeynalova artıq 14 ildir ki, “AccessBank”da fəaliyyət göstərir. O, bu illər ərzində sıravi əməkdaşdan İnformasiya Texnologiyaları Departamentinin Rəhbəri vəzifəsinə qədər yüksəlib. 

Qeyd edək ki, “AccessBank”ın səhmdarları və rəhbərliyi gender bərabərliyi məsələlərinə xüsusi diqqət yetirir. Hazırda Bankın İdarə Heyətinin tərkibi 3 üzvdən ibarətdir, İcraçı Direktorların sayı isə 5 nəfərdir. 8 nəfərdən ibarət olan ümumi rəhbərliyin 4 üzvü qadındır.

Son xəbərlər
Digər xəbərlər