2019-cu ilin ilk 10 ayı ilə müqayisədə 2020-ci ilin ilk 10 ayında Azərbaycanın 21 sığorta şirkətindən 5-nin hesabladığı sığorta haqları azalıb, 16-nin isə artıb.
Banker.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Ən çox sığorta haqqı azalmış sığorta şirkəti “AXA Mbask” şirkətidir (99%), ən az azalma isə “İpək Yolu Sığorta”da (7%) qeydə alınıb.
Yığımları ən çox artan “Amrah Sığorta” şirkətidir (5 dəfə), ən az artan isə “Dövlət Sığorta Kommersiya” şirkətidir (6%).
Onu da qeyd edək ki, “Amrah Sığorta” şirkətinin yığımlarında artım müşahidə edilsə də, sığorta şirkəti oktyabr ayında ləğv olunduğunu elan edib.