-1 C
Baku
Saturday, December 14, 2024

“Airbnb” səhmləri iki dəfədən çox artıb – şirkətin kapitallaşması 100 mlrd. dolları keçib

Qısamüddətli icarə xidməti “Airbnb” Nastaq birjasına çıxıb. Şirkət hərraclara ABNB tikeri altında başlayıb.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Bildirildiyi kimi, Bakı vaxtı ilə saat 22:55-də səhmlər 123.84% bahalaşaraq 152,21 dollar səviyyəsinə çatıb. Xatırladaq ki, şirkət yerləşdirmə qiymətini 68 dollara qaldırmağı planlaşdırır.

indir

Bununla da “Airbnb”nin kapitallaşması 102 milyardı keçib.

indir 1

Qeyd edək ki, daha əvvəl şirkət qiymətli kağızlarını 44-50 dollara satmağı planlaşdırıb, sonra isə qiymət diapazonunu 56-60 dollara artırıb.

Son xəbərlər
Digər xəbərlər