Avropa İttifaqı (Aİ) liderləri Brüsseldəki zirvə toplantısında COVID-19-a qarşı peyvəndin koordinasiyalı şəkildə paylanmasına və peyvəndləməyə başlanılmasına dair razılığa gəliblər.
“RİA Novosti” xəbər verir ki, bu barədə Almaniya kansleri Angela Merkel deyib:
“Biz həm də peyvəndin koordinasiyalı şəkildə paylanmasının, başqa sözlə desək, hər kəs üçün eyni zamanda mövcud olmasının vacibliyindən bəhs etdik”.
Onun sözlərinə görə, eyni anda hamını vaksinasiya etmək mümkün olmasa da, hər şeyi koordinasiyalı şəkildə etmək mümkündür.
“Hamımızın peyvəndə bərabər şəkildə sahib çıxdığımızı göstərmək istəyirik”, – deyə Merkel qeyd edib.