8 C
Baku
Wednesday, November 6, 2024

ÜST 2 milyarda yaxın insanın yüksək yoluxma riski barədə xəbərdarlıq etdi

Dünyada təxminən 1,8 milyard insan xəstəxanalarda su təchizatı problemlərinə görə COVID-19 və başqa infeksiyalara yüksək yoluxma riskinə meyillidir.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının saytında yerləşdirilən xəbərdə deyilir.

ÜST-ün məlumatına görə, dünyada hər dördüncü tibbi müəssisə su təchizatına malik deyil və hər üç müəssisədən birində əllərin lazımlı gigiyenası üçün vasitə yoxdur.

“Su, sanitariya, gigiyena səhiyyə işçilərinin və pasiyentlərin təhlükəsizliyi üçün həyati əhəmiyyətə malikdir, ancaq bu xidmətlərə həmişə üstünlük verilməyib”, – xəbərdə deyilir.

ÜST-ün baş direktoru Tedros Adanom Qebreyesusun sözlərinə görə, səhiyyə müəssisələrində zəruri gigiyenanın yoxluğu şəraitində tibb personalının işi qoruyucu vasitələrsiz fəaliyyətə bərabərdir. O, vurğulayıb ki, su təminatı, sanitariya və gigiyena koronavirusla mübarizədə əsas rol oynayır.

Son xəbərlər
Digər xəbərlər