10 C
Baku
Wednesday, December 11, 2024

“AstraZeneca” nadir xəstəliklərə qarşı dərman istehsal edən şirkəti 39 mlrd. dollara alacaq

“AstraZeneca” nadir xəstəliklərə qarşı dərman istehsal edən “Alexion Pharmaceuticals” şirkətini 39 milyard dollara alacaq.

Banker.az xəbər verir ki, bu barədə “AstraZeneca”nın rəsmi saytındakı press-relizdə deyilir.

Bildirildiyi kimi, bir səhm başına 175 dollar düşəcək. “AstraZeneca” bu müqaviləni qismən nağd, qismən də depozit qəbzləri ilə maliyyələşdirəcək: 60 dollar və 2,1243 qəbz.

Qeyd edək ki, “Alexion” şirkətinin dəyəri cümə günü başa çatan hərraclardan sonra 45% daha yüksək göstərilir. Əczaçılıq şirkətləri tənzimləyicilərin təsdiqini almağı və 2021-ci ilin üçüncü rübündə müqaviləni başa çatdırmağı gözləyirlər.

Son xəbərlər
Digər xəbərlər