Avropa İttifaqı Gürcüstana 60 milyon avro qrant ayırıb

Avropa İttifaqı (Aİ) koronavirus (COVID-19) pandemiyasının Gürcüstanda yaratdığı böhranın aradan qaldırılması üçün bu ölkəyə 60 milyon avro qrant ayırıb.

Bu barədə qurumun Gürcüstandakı nümayəndəliyindən bildirilib.

Bu, ümumi məbləği 75 milyon avro olan qarant üzrə I tranşdır və məqsəd böhran əleyhinə iqtisadi planın reallaşdırılmasına kömək etməkdir. Plana pandemiyanın səbəb olduğu mənfi nəticələrin azaldılması, iş yerlərinin saxlanılması, biznesin dəstəklənməsi və səhiyyə sisteminin gücləndirilməsi daxildir.

MənbəReport
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər