2 C
Baku
Saturday, December 14, 2024

Gürcüstan 2024-cü ildə Aİ-yə üzvlük üçün müraciət etməyə hazırlaşır

“Gürcüstan hökuməti 2024-cü ildə Avropa İttifaqına tamhüquqlu üzvlüklə bağlı müraciət etməyə hazır olacaq”.

Bu barədə Gürcüstan parlamentinin sədr müavini Kaxa Kuçava jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, qanunverici orqanın Xarici əlaqələr üzrə komitəsinin ilk təşəbbüsü xarici siyasətlə bağlı olacaq: “Qətnamədə ölkənin inkişafı üçün həlledici olan ən vacib istiqamətlər yer alacaq. Qarşıda atılması lazım olan bir çox addımlar var və yalnız qanunverici deyil, icraedici səviyyədə də fəaliyyət göstərmək lazımdır”.

Xarici əlaqələr üzrə komitənin sədri Nikoloz Samxaradze, öz növbəsində, deyib ki, növbəti 4 il ərzində Gürcüstan hökuməti Aİ-yə tam inteqrasiya istiqamətində hərəkəti davam etdirəcək: “Bu, həm Gürcüstan xalqının seçimidir, həm də Gürcü Arzusu Partiyasının proqramında yer alıb. Gürcüstan 2024-cü ildə Avropa İttifaqına üzvlük üçün müraciət təqdim etməyə hazır olacaq”.

Son xəbərlər
Digər xəbərlər