6 C
Baku
Sunday, December 15, 2024

Gürcüstanda vaksinasiya üzrə milli plan hazırlanacaq

Gürcüstanda koronavirusa qarşı vaksinasiyanın həyata keçirilməsi üçün Dövlət Qurumlarıarası Koordinasiya Komissiya yaradılacaq.

Bu barədə hökumət qərar qəbul edib.

Qərara əsasən, komissiya vaksinasiya üçün milli fəaliyyət planı hazırlayacaq. Qurum peyvəndləmənin koordinasiyası, monitorinqini və planın icra olunmasını təmin edəcək.

Komissiyanın işində Gürcüstanın müvafiq nazirlikləri ilə yanaşı beynəlxalq təşkilatlar və maliyyə qurumlarının nümayəndələri də iştirak edəcəklər.

Qeyd edək ki, COVID-19 əleyhinə peyvəndin Gürcüstana 2021-ci ilin mart-aprel aylarında çatdırılacağı gözlənilir.

Son xəbərlər
Digər xəbərlər