Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi “Vetal Hayvan Sağlığı Ürünleri A.Ş.” ilə 10 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Heyvanlar arasında epizootiya əleyhinə tədbirlərin aparılması üçün bioloji preparatların satınalınması nəzərdə tutulur.
Müqavilənin ümumi məbləği isə 9 492 426 manatdır.