6 C
Baku
Friday, December 26, 2025

“Qazprom” və Ermənistan gələn ildə qaz tədarükü şərtlərini müzakirə edib

“Qazprom” şirkətinin İdarə Heyətinin sədri və Direktorlar Şurasının sədr müavini Aleksey Miller Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanla 2021-ci ildə Ermənistana qaz tədarükü şərtlərini müzakirə ediblər.

Bu barədə şirkətin bəyanatında deyilir.

Qeyd olunub ki, tərəflər 2020-ci ildə Ermənistana qaz tədarükü ilə bağlı işlərin nəticələrini və 2021-ci ildə tədarük şərtlərini müzakirə ediblər.

Xatırladaq ki, “Qazprom” Ermənistan istehlakçılarına təbii qaz tədarükü edən yeganə şirkətdir.

Bir yanvar 2019-cu ildən bəri “Qazprom” Ermənistan üçün Rusiya qazının qiymətini 1000 kubmetr üçün 150 ABŞ dollarından 165 ABŞ dollarına qədər yüksəldib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər