Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi “B2B Group” MMC ilə müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə DOST mərkəzlərində 7 istiqamət üzrə monitorinq sisteminin və monitorinq qruplarının yaradılması ilə əlaqədar lazımı texniki avadanlıqların satın alınması nəzərdə tutulur.
Müqavilənin ümumi məbləği isə 1 415 247 manatdır.
Onu da qeyd edək ki, “B2B Group” MMC ötən il yaradılıb. Bu şirkətin nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Ramal Bəşirovdur.