Samuxda 200 məcbur köçkün ailəsi üçün yeni yaşayış məhəlləsi salınır – 6 milyon manat ayrıldı

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu 4 şirkətlə müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, bu şirkətlər “Yarat Qrup” MMC, “Kür-Araz Şirkəti” MMC, “VS Enerji Servis” MMC və “Tunel-Metro İnşaat” MMC-dir.

“Yarat Qrup” MMC ilə bağlanmış müqavilədə Samux rayonu ərazisində 200 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində abadlıq işləri və yol-küçə şəbəkəsinin tikintisi nəzərdə tutulub. Müqavilənin məbləği 630 515 manatdır.

2-ci müqavilədə Samux rayonu ərazisində 200 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində su təchizatı, kanalizasiya və suvarma sisteminin tikintisi nəzərdə tutulub. Müqavilənin dəyəri 2 687 917 manatdır.

3-cü müqavilə Samux rayonu ərazisində 200 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində xarici və sahədaxili elektrik təchizatı şəbəkəsinin tikintisindən ibarətdir. Bu müqavilənin məbləği 1 676 471 manatdır.

4-cü müqavilə isə Samux rayonu ərazisində 200 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində qaz təchizatından ibarətdir. Müqavilənin dəyəri 541 000 manatdır.

4 müqavilənin cəmi məbləği isə 5 535 903 manatdır.

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər