7 C
Baku
Thursday, December 12, 2024

Hökumət şirkətlərin mənfəətdən vergi ödəmə qabiliyyətini azalacağını proqnoz edir

Azərbaycanda 2021-ci il üzrə dövlət büdcəsinə daxil olmalarda şirkətlərin mənfəət vergisi üzrə ödəmələri 5.5% azalacaq.

Banker.az bu barədə Maliyyə Nazirliyinin büdcə ilə bağlı açıqlamasına deyilir.

Şirkətlərin gələn il üçün ödəyəcəyi mənfəət vergisinin cəmi 2 milyard 144 milyon manat olacağı proqnoz edilir.

2020-ci il üzrə isə 2 milyard 267.7 milyon manat olacağı proqnoz edilmişdi.

Qeyd edək ki, 2020-ci ilin ilk 10 ayı ərzində 2 milyard 208.83 milyon manat həcmində büdcəyə mənfəət vergisi ödənilib. Bu öncəki ildən 83.73 milyon manat yaxud, 3.6% az olub.

2020-ci ildə isə fiziki şəxslərin gəlir vergisinin həcminin 1 milyard 130 milyon manat proqnoz edilmişdi. Bu 2021-ci ildə isə 1 milyard 150 milyon manat olacağı proqnoz edilir.

Fiziki şəxslər 2020-ci ilin ilk 10 ayı ərzində 933.84 milyon manat gəlir vergisi ödəyib. Bu isə öncəki ilin eyni dövrü ilə müqayisədə 743.44 milyon manat 25.6% artım deməkdir.

Son xəbərlər
Digər xəbərlər