10 C
Baku
Wednesday, December 11, 2024

2021-ci ilin büdcəsində neftin qiyməti 40 dollarla götürülür

2021-ci il üçün büdcə gəlirlərinin hesablanması zamanı neftin bir barelinin orta qiyməti 40 ABŞ dolları səviyyəsində götürülüb.

Banker.az-ın Maliyyə Nazirliyi tərəfindən təqdim edilən “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən verdiyi məlumata görə, “Brent” markalı neftin 1 barelinin orta qiymətinin 40 ABŞ dolları civarında olacağı və ən azı növbəti bir ildə də neftin qiymətlərində kəskin artımın nəzərə çarpmayacağı proqnozlaşdırılır.

Bildirilib ki, neftin bir barelinin satış qiyməti 35 ABŞ dollarına enərsə, neftin qiymətindəki azalmanın dolayı yolla qeyri-neft sektoruna təsirləri nəticəsində dövlət büdcəsinin qeyri-neft gəlirləri üzrə 0,5 faiz olmaqla, ümumilikdə dövlət büdcəsinin gəlirlərində proqnozla müqayisədə 1,3 faiz azalma ola bilər.

Qeyd edilib ki, neftin bir barelinə görə orta qiymət göstəricisi pandemiya fonunda dünya iqtisadiyyatında davam edən qeyri-müəyyənliklər, eləcə də dəyişkən neft qiymətləri nəzərə alınaraq ortamüddətli dövr ərzində büdcə siyasəti və fiskal çərçivə məhz yeni qlobal çağırışlara və iqtisadi reallıqlara uyğun formalaşdırılıb.

Son xəbərlər
Digər xəbərlər