6 C
Baku
Sunday, December 15, 2024

Bank sirrinin “tənəzzülü”

Bank sirrindən imtina hazırda qlobal xarakter almaqdadır. Aydındır ki, yaxın gələcəkdə fiziki şəxslərə bank xidməti sahəsi və şəxsi kapitalın idarə edilməsi maksimum şəffaflıq və tənzimlənmə nümayiş etdirəcək.

Azərbaycanda bu məsələ ilə bağlı hələki durğunluğun olmasına baxmayaraq, mütəxəssislərin fikrincə , yaxın gələcəkdə bu istiqamətdə müəyyən dəyişikliklərin olması gözlənilir.

Hazırda isə Avropa İttifaqı bank sirrindən imtina etmənin fəal mərhələsindədir.

14 oktyabr 2014-cü ildə Aİ maliyyə və iqtisadiyyat nazirlər şurası genişləndirilmiş direktivlərin tətbiq edilməsi ilə bağlı razılığa gəlmişlər ki, bu da fırıldaqçılıq və vergidən yayınma halalrına qarşı mübarizəyə yönəldilib.  Bu direktiv ümumi Avropa məkanı ölkələrinin vergi administrasiyaları arasında mövcud informasiya mübadiləsi qaydalarında dəyişiklikləri özündə əks etdirir.

Yeni qaydalara əsasən, Aİ-nın vergi orqanları Aİ vətəndaşlarının bütün növ gəlirləri barədə olan böyük həcmdə informasiyaları avtomatik şəkildə mübadilə edə biləcəklər. Bununla yanaşı, maliyyə aktivlərinin satışından əldə edilən gəlir və hesabda qalan məbləğ barədə də məlumat əlçatan olacaq. Aİ ölkələri məlumatı onun “əlçatanlığından” asılı olmayaraq mübadilə edə biləcəklər. Daha sadə dillə desək, Aİ sakinlərinin demək olar ki, bütün maliyyə məlumatları açıq olmalıdır. Razılığa gəlinmiş qərara əsasən 2017-ci ildən başlayaraq Aİ ölkələri arasında (Avstriyadan başqa. Bu ölkə prosesə 2018-ci ildən qoşulacaq) heç bir vergi sirri olmayacaq.

Bank sirrindən imtina prosesi İƏİT üzv ölkələri arasında da fəal şəkildə inkişaf edir. Bu ölkələr və 13 digər ölkə vergi məlumatlarının avtomatik mübadilə sisteminin yaradılması ilə bağlı bəyannamə imzalayıb. Bu proqramın yeni üzvləri sırasında olan Sinqapur və İsveçrə əvvəllər bu sistemə qoşulmaq niyyətlərinin olmamasına görə tənqid edilirdi.

İsveçrədə, banklarda yüksək səviyyədə gizliliyin olması son bir neçə 10 illikdə ölkəyə dünyanın hər bir yerindən əhəmiyyətli dərəcədə kapital axınına səbəb olmuşdu. İsveçrə indi də əvvəllər olduğu kimi öz bank müştərilərinin şəxsi məlumatlarının gizliliyini təmin edir. İsveçrə 2014-cü ilin may ayında vergi məlumatlarının mübadiləsi sisteminə qoşulmağa razılıq vermişdi. Lakin bir şərtlə ki, bu sistem beynəlxalq standart səviyyəsində möhkəmlənsin. İsveçrə bank sirrindən imtina etməyə razılıq versə də, bu məhdud tələb və hcmdə olacaq. Bununla belə, İsveçrə rəhbərliyinin bildirdiyinə görə, Milli parlament bank sirrindən imtina etməni təsdiq etsə də bu kifayət deyil. İsveçrə qanunvericiliyinə əsasən, bu sual milli referenduma çıxarıla bilər və müsbət cavaba zəmanət verilmir.

Hələ ki, San-Marino, Monako, Andorra və Lixtenşteyn kimi ölkələr də ciddi şəkildə bank sirrini qorumaqdadır. Lakin Avropa komitəsi 2013-cü ildə bu ölkələrin də sistemə qoşulması üçün danışıqların aparılmasına mandat əldə etmişdi.

Qısası, artıq elə bir zaman çatıb ki, hətta ən “qapalı” banklar belə lazımi məlumatı bölüşməyə hazır olacaq. Təbii ki, bu fonda da şəxsi kapitalın qorunması və artırılması üçün ən yaxşı köməkçi rolunu investisiya-sığorta proqramları oynayacaq.

Son xəbərlər
Digər xəbərlər