9 C
Baku
Thursday, December 12, 2024

Koronavirus vaksini “Sputnik V” Azərbaycanda da istehsal edilə bilər

Rusiya nümayəndə heyəti Azərbaycanın nümayəndələri ilə bu ölkədə Rusiya “Sputnik V” peyvəndinin istehsalını, həmçinin “Sputnik V” və AstraZeneca peyvəndinin klinik sınaqlarını müzakirə edəcək.

Banker.az RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə “P-Farma” “R-Pharma” şirkətinin direktorlar şurasının sədri Aleksey Repik məlumat verib.

“Proqram yalnız Rusiyada deyil, bir sıra ölkələrdə də inkişaf edəcək. Klinik tədqiqat layihəsini müzakirə etmək üçün Azərbaycan Respublikasına uçuruq. Yaxın Şərq ölkələri, Müstəqil Dövlətlər Birliyinin digər ölkələri də iştirak edə bilər”, – deyə Repik bildirib.

Repik Azərbaycana səfərinin məqsədini şərh edərkən bildirib ki, ilk növbədə yeni kombinasiyanın kliniki araşdırmaları həyata keçiriləcək. Və eyni zamanda “Sputnik V” peyvəndinin istehsalı üçün Azərbaycan Respublikasının ixtisaslaşdırılmış güclərindən, əczaçılıq potensialından istifadə imkanları da müzakirə ediləcək.

Son xəbərlər
Digər xəbərlər