12 C
Baku
Wednesday, December 11, 2024

BNA 441 min manata yol kənarındakı qara tumbalardan alır

Bakı Nəqliyyat Agentliyi publik hüquqi şəxs “Sear Supply” MMC ilə müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, Piyadalar üçün təhlükəsizlik dirəklərinin (tumbaların) satın alınması, quraşdırılması və 1 (bir) illik texniki xidmət nəzərdə tutulub.

Müqavilənin ümumi məbləği isə 441 084 manatdır.

Piyadalar üçün 1 500 ədəd təhlükəsizlik dirəklərinin (tumbalar) satınalınması nəzərdə tutulur.

Qeyd edək ki,”Sear Supply” MMC 2016-cı ildə Bakıda dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Rəşad Səlimlidir.

 

Son xəbərlər
Digər xəbərlər