10 C
Baku
Sunday, December 22, 2024

İşləmək istəmədiyiniz zaman diqqətinizi cəmləşdirməyin 10 sadə yolu

Əgər uzun həftə sonundan (və ya işdəki qısa fasilələrdən), sonra məhsuldarlığınızın və enerji səviyyənizin düşdüyünü hiss edirsinizsə bu məqalə sizin üçündür.

İşləmək istəmədiyiniz zaman diqqətinizi cəmləşdirməyə kömək edəcək on sadə qayda:

1. Qarşınıza bir neçə məqsəd qoyun. Məhsuldarlıq – vaxt, enerji və diqqət bölüşdürmə prosesidir. Məqsəd təyin etmə diqqətinizi ən vacib şeylərə yönəltməyə imkan verəcək. İşə başlamazdan əvvəl günün və həftənin sonuna qədər həyata keçirmək istədiyiniz hədəfləri müəyyənləşdirin. Bu tapşırıqlar sadə və ya mürəkkəb, böyük və ya kiçik ola bilər. Əsas odur ki, fikriniz işdən dağılsın.

2. Daha asta işləyin. Asta iş sizi sakitləşdirəcək, eyni zamanda dərrakəli və məqsədyönlü şəkildə işləməyinizə imkan verəcək. Əgər işə qatılmaqda çətinlik çəkdiyinizi düşünürsünüzsə, bir həftə boyunca daha asta işləməyə və az sayda tapşırıq yerinə yetirməyə çalışın.

3. Konsentrasiyalı olun. Enerjiniz və iradəniz az olduğu zaman diqqəti yayındıran amillərə təslim olmaq çox asan olur. Onlara qarşı dayanıqlı olmaq üçün ən vacib və çətin tapşırıqları yerinə yetirərkən internetə girməyin.

4. İnternet səhifələrini blok edən proqramlardan istifadə edin. Əgər diqqətinizi pozan əsas şey İnternetdirsə, kompüterinizə Cold Turkey və ya Freedom kimi bloklama proqramını yükləyin. Bu proqramlar işə daha yaxşı cəmlənmək üçün istədiyiniz saytlara girişi bağlamağa imkan verir. (Bir çox insan bloklama proqramlarından istifadə edəndə özünü daha rahat hiss edir).

5. Kofein sizə kömək edə bilər. Əlbəttə ki, burada müəyyən nüanslar var. Əgər fiziki və zehni aktivliyiniz aşağı səviyyəyə düşübsə, bir fincan qəhvə və ya qara çat içə bilərsiniz. Lakin unutmayın ki, bir müddət sonra daha böyük enerji düşkünlüyü ilə qarşılaşacaqsınız.

6. Düşünmək üçün vaxt ayırın. Enerjinin aşağı olduğu dövrdən səmərəli şəkildə istifadə edin – düşünün! Maraqlıdır, amma diqqətimizi nə qədər çox yayındırsaq, ağlımıza bir o qədər fərqli fikirlər gəlir və nəticədə daha yaradıcı oluruq. Həftə ərzində xəyal qurmaq üçün daha çox vaxt ayırmağa çalışın. Məsələn, telefonunuzu evdə qoyub gəzintiyə çıxın. Nəticədə, ağlınızdakı mürəkkəb problemlər barədə düşünməyi və yeni fikirlər irəli sürməyi öyrənəcəksiniz.

7. Həmişəkindən daha tez-tez ara verin. Fasilələr təkcə güc toplamaq üçün deyil, həm də gələcək vəzifələri müəyyənləşdirmək üçün faydalıdır. Belə qısa aralar zamanı düşünmək üçün özünüzə bir yer tapın. İş yoldaşlarınızla bir fincan qəhvə içmək də istirahət etməyin üsullarından biridir. Üstəlik, işçilərlə daha sıx əlaqə qurmağınız sizi iş prosesinə daha çox cəlb edəcək.

8. İş günlərini qısaldın. Həmkarlarınızın yarından çoxu məzuniyyətdə olarkən işə konsentrasiya olmaq daha çətin olur. Əgər cədvəliniz dəyişkəndirsə və iş yükünüz əvvəlkindən azdırsa, bu həftə iş saatlarınızı bir az qısaltmağa çalısı. Çox güman ki, buna layiqsiniz.

9. Enerji səviyyənizi nəzərə alaraq işləyin. Adi bir gündə enerji səviyyəmiz tez-tez dəyişsə də, uzun həftəsonu bitəndən sonra qeyri-müəyyənlik daha çox nəzərə çarpır. Belə ki, gün ərzində sahib olduğunuz enerji miqdarına xüsusi diqqət yetirin. Daha məhsuldar olmaq üçün ən mürəkkəb tapşırıqları ən çox enerjili olduğunuz anda yerinə yetirin. Xidmət, administrativ işlər və digər xırda məsələləri isə əksinə, əhval-ruhiyyəniz aşağı olduğu dövrlərdə edin.

10. Bacarıqlarınızı inkişaf etdirin. Yayda ofisdə adam az olanda dincəlmək çox asandır. İşdəki bu cür sakitlikdən özünüinkişaf məqsədilə istifadə etmək olar. Məsələn, yeni proqramlaşdırma dilini öyrənin, yazıçılıqla məşğul olun və ya məhsuldarlığınıza investisiya qoyun – bir və ya daha çox kitab oxuyun.

Əgər işdə özünüzü həvəssiz hiss edirsinizsə, yuxarıdakı üsullardan bir neçəsini istifadə edin. Bu metodlar möcüzələr yaradır və əminik ki, sizin üçün də faydalı olacaqlar.

Son xəbərlər
Digər xəbərlər