26 C
Baku
Saturday, July 5, 2025

Agentlik 2 milyon manata avtomobil və avtobus aldı

“Sosial Xidmətlər Agentliyi” publik hüquqi şəxs “Azərmaş Group” MMC ilə təxminən 2 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə Sosial Xidmətlər Agentliyinin aparatı və struktur bölmələrdə istifadə olunacaq minik avtomobillərinin, mikro avtobusların və avtobusların satın alınması nəzərdə tutulur.

10 ədəd avtobus, 5 ədəd mikroavtobus, 50 ədəd isə avtomobilin alınması nəzərdə tutulur.

Müqavilənin ümumi məbləği isə 1 560 000 manatdır.

Qeyd edək ki, “Azərmaş” zavodunun rəsmi açılış mərasimi 2018-ci il mart ayının 29-da baş tutub. Zavodun təsisçiləri “Iran Khodro” (İran) və “AzEuroCar” (Azərbaycan) şirkətləridir. Zavod Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərir. Zavodda istehsal olunan bütün avtomobillər “Avro-5” standartlarına uyğundur

Son xəbərlər
Digər xəbərlər