12 C
Baku
Wednesday, December 11, 2024

ƏN SON: Birjalarda neft bahalaşmağa başladı

Qlobal miqyasda neft tankerləri və qtarları yenidən işə düşüb anbarların doldurulması üçün istiqamətlənirlər ki, bu da öz növbəsində neftə olan tələbatı artırmaqdadır.

Son saatlarda (Bakı: 20:50) Brent markalı 1.36 dollar, yəni, 2.72 faiz bahalaşmaqla fevral fyuçerslərində 51.44 dollar/barrel qiymətinə ticarət olunur.

ABŞ-ın WTI markalı nefti də  1.31 dollar, yəni, 2.79 faiz bahalaşmaqla 48.33 dollara yüksəlib.

Hazırda böyük neft alıcısı olan Çində və eləcə ən böyük bazar olan ABŞ-da yanacağa olan tələbin bərpası ilə bağlı ümidlər neftin bahalaşmağına təziyiqlər yaradır.

Bununla belə, ekspertlər neftin qiymətindəki bu artımı, ABŞ dollarının indeksindəki baş verən 0.38% enişi fonunda baş verdiyini deyirlər.

Hazırda birjalarda bir avro 1.2196 dollara mübadilə edilir. Bu isə sessiya ərzində 0.0035 dollar, yəni, 0.29% bahalaşma deməkdir.

Son xəbərlər
Digər xəbərlər