Çin Dövlət Bazar Tənzimlənməsi İdarəsi (SAMR) “Alibaba” şirkətinə qarşı antiinhisarçı araşdırmaya başlayıb.
Banler.az xəbər verir ki, bu barədə “South China Morning Post” yazıb. Bununla yanaşı, Çin Mərkəzi bankı “Ant Group” rəhbərlərini maliyyə tənzimləyiciləri ilə görüşə çağıracağını açıqlayıb.
Bazar tənzimləyicisi “Alibaba”nın biznes əməkdaşlarından rəqiblərlə təmasda olmamağı tələb edən siyasətini araşdıracağını bildirib. Mümkün cərimələr və araşdırmanın başladığı tarix hələ açıqlanmayıb.
Xatırladaq ki, 22 dekabrda Çin hökuməti milyarder Cek Maya ölkə ərazisini tərk etməməyi tövsiyə etmişdir.
Noyabr ayında “Ant Group” IPO vasitəsilə 34.4 milyard dollar investisiya cəlb etməyi planlaşdırmışdır. Lakin Şanxay və Honkonqdakı birjalar Çin tənzimləyiciləri ilə danışandan sonra IPO-nu təxirə salmaq qərarına gəldilər.








