Dövlət Gömrük Komitəsi “Progress” Sənaye İstehsalat Şirkəti ilə 30 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Komitənin yeni inzibati binasının tikintisi nəzərdə tutulub.
Müqavilənin ümumi məbləği isə 30 000 000 manatdır.
Bildirək ki, Bakının Yasamal rayonunda Dövlət Gömrük Komitəsinin yeni inzibati binası tikilir. Hazırda tikilməkdə olan yeni bina indiki komitənin binası ilə Ekologiya Nazirliyinin binası arasında yerləşir.