10 C
Baku
Wednesday, December 11, 2024

“Mindrock Capital” şirkəti “Udemy” təhsil platformasına 22 mln. dollar sərmayə qoydu

“Mindrock Capital” şirkəti “Udemy” onlayn təhsil platformasına 2020-ci ilin may ayında yatırdığı 1.5 milyon dollara əlavə olaraq 22 milyon dollar sərmayə qoyub. Beləliklə, şirkətə qoyulan ümumi sərmayə 23.5 milyon dollar olub.

Banker.az bu barədə “VC.ru”ya istinadən xəbər verir.

Xatırladaq ki, “Udemy” platforması 2010-cu ildə San-Fransiskoda qurulub və qısa müddətdə onlayn təhsil seqmentinin liderlərindən birinə çevrilib. Platforma 130 mindən çox qısa kurs təklif edir – proqramlaşdırmadan musiqiyə və şəxsi inkişafa qədər.

Bildirildiyi kimi, kurslara yazlan tələbələrin sayı hal-hazırda 35 milyon nəfərə çatır. “Udemy”nin kapitallaşması 2 milyard dollardan 3.25 milyard dollara yüksəlib. Daha əvvəl “Mindrock Capital” şirkəti Kaliforniyada yerləşən “Coursera”ya sərmayə qoymuşdu. “Coursera” 3.7 milyard dollar dəyərində qiymətləndirilir və 2021-ci ildə kapitallaşması 5 milyard dollara çata bilər.

Son xəbərlər
Digər xəbərlər