22 C
Baku
Thursday, October 10, 2024

MM-in payız sessiyasında 89 qanun və qərar qəbul edilib

“Milli Məclisin payız sessiyasında 19 iclas keçirilib, 89 qanun və qərar qəbul edilib”.

Bunu parlamentin payız sessiyasının bu gün keçirilən sonuncu plenar iclasında Milli Məclisin sədri Sahibə Qafarova deyib.

Onun sözlərinə görə, payız sessiyasının mühüm bir dövrü Vətən müharibəsini əhatə edib: “Bizim əsas mübarizə vasitəmiz parlament diplomatiyası idi. Milli Məclis Vətən müharibəsində qələbə ilə bağlı da xüsusi iclas keçirib. Dövlətimizin ərazi bütövlüyü ilə əlaqədar “YAŞAT” Fonduna Milli Məclisin deputatları, Aparatın əməkdaşları tərəfindən 108 min manat vəsait köçürülüb”.

Mənbəreport.az
Son xəbərlər
Digər xəbərlər