10 C
Baku
Wednesday, December 11, 2024

“OPEC+” nazirlərinin görüşü bu gün davam edəcək

Dünən keçirilən görüşdə “OPEC+” ölkələrinin nazirləri fevral ayında neft hasilatının səviyyəsi ilə bağlı fikir birliyinə gələ bilməyib.

RİA “Novosti”in verdiyi məlumata görə, bu barədə ittifaqın nümayəndə heyətlərindəki mənbələr bildirib.

Məlumata görə, nazirlərin görüşü bu gün davam edəcək. Görüş Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.

Agentliyin həmsöhbətlərindən biri bildirib ki, “hələ bir fikir birliyi yoxdur, görüşün sabah davam etdirilməsinə qərar verilib”.

İclasın təxirə salınması OPEC katibliyinin rəsmi açıqlaması ilə də təsdiqlənir, lakin heç bir səbəb göstərilməyib.

Qeyd edək ki, OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin 12-ci iclasında gündəlik xam neft hasilatının 2021-ci ilin yanvar ayı üçün 7,2 mln. barel azaldılması və “OPEC+” nazirlərinin hər ay keçiriləcək görüşləri vasitəsi ilə gündəlik hasilatda artımın 0,5 mln. bareldən çox olmaması şərti ilə aylıq tənzimlənməsi barədə qərar qəbul edilib. Bu qərarı Azərbaycan da dəstəkləyib.

Beləliklə, yanvar ayında gündəlik xam neft hasilatını OPEC ölkələri 4,564 mln. barel, qeyri-OPEC ölkələri isə 2,636 mln. barel azaldacaq. Yeni “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq, 2021-ci ilin yanvar ayında Azərbaycanın öhdəliyi 123 min barel olacaq. Yəni, yanvarda Azərbaycan gündəlik xam neft hasilatını 8 min barel artıraraq, istehsalı 595 min barel səviyyəsində saxlamalıdır.

Xatırladaq ki, aprel ayının 12-də “OPEC+” ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş tarixi razılaşma öhdəliklərin 2021-ci ilin yanvarından 2022-ci ilin aprel ayının sonunadək 1,9 mln. barel yumşaldılmasını, yəni, ümumilikdə gündəlik xam neft hasilatının 5,8 mln. barel azaldılmasını nəzərdə tuturdu.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər