-3 C
Baku
Sunday, December 15, 2024

Rövnəq Abdullayev SOCAR içilərilə bağlı əmr imzaladı

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev SOCAR-ın strukturuna daxil olan müəssisə və təşkilatlarda işçilərin attestasiyasının keçirilməsi haqqında əmr imzalayıb.

SOCAR-ın strukturuna daxil olan bütün müəssisə və təşkilatlarda çalışan işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına və sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu yoxlamaq məqsədilə verilən əmrdə deyilir:

1. 2021-ci il ərzində SOCAR-ın strukturuna daxil olan müəssisə və təşkilatlarda işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, eləcə də ixtisasına müvafiq olaraq tutduğu vəzifələrə uyğunluğunu aşkara çıxartmaq məqsədi ilə işçilərin attestasiyası həyata keçirilsin;

2. SOCAR-ın strukturuna daxil olan müəssisə və təşkilatların rəhbərlərinə tapşırılsın ki, qanunvericiliyə uyğun olaraq attestasiya komissiyasının tərkibi və attestasiya olunacaq işçilərin əhatə dairəsi müəyyənləşdirilsin;

3. SOCAR-ın Baş ofisinin İnsan Resursları Departamentinə (A.Bəkirli) tapşırılsın ki, müəssisə və təşkilatların müraciəti əsasında təqdim edilmiş işçilərin qiymətləndirilməsi SOCAR-ın 24 iyun 2020-ci il tarixli SOCAR201000030300040020A00107 nömrəli əmri ilə təsdiq edilmiş “SOCAR-ın boşdayanma yol verilən iş yerlərində işçilərin məşğulluğunun, kadr hazırlığının təmin edilməsi üzrə” Proqramın tələblərinə uyğun həyata keçirilsin və nəticələri aidiyyəti üzrə təqdim edilsin;

Əmrin icrasına nəzarət SOCAR-ın Kadr, rejim və informasiya texnologiyaları üzrə vitseprezidenti X.Məmmədova həvalə edilsin.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər