“Zolotaya Korona” pulköçürmə sistemi Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyalarından sonra Gürcüstana və bir sıra digər ölkələrə pul köçürmələrini dayandırıb.
Ödəniş xidmətində bildirilib ki, eyni məhdudiyyətlər “Tsifra Bank” vasitəsilə həyata keçirilən köçürmələrə də şamil olunub. RBC-nın məlumatına görə, hazırda “Zolotaya Korona”nın tətbiqində və saytında Rusiyadan yalnız Özbəkistan, Türkiyə, Qırğızıstan və Azərbaycana pul köçürmək mümkündür.
RBC-nin müxbiri Tsifra Bank vasitəsilə də Qazaxıstana köçürmə edə bilməyib. Ona xidmət üzrə profilaktik işlərin aparıldığı və köçürmələrin iyulun 24-nün sonunadək əlçatan olmayacağı barədə bildiriş göstərilib.
Avropa İttifaqı iyulun 23-də Rusiyaya qarşı 21-ci sanksiyalar paketini qəbul edib. Rəsmi açıqlamaya əsasən, məhdudiyyətlər enerji, maliyyə və kriptovalyuta sektorlarını əhatə edir.
Yeni paket çərçivəsində Aİ 94 Rusiya bankının aktivlərini dondurub və onlarla əməliyyatları qadağan edib. Sanksiyalar həmçinin “Zolotaya Korona” ödəniş sisteminin operatoru və hesablaşma mərkəzi olan “Platejnıy tsentr” və “Tsifra Bank”a da şamil olunub.







