2 C
Baku
Sunday, December 15, 2024

İqtisadiyyat naziri bu il iqtisadi artım tempinin 3.4% planlaşdırıldığını deyir

“2021-ci il üçün makroiqtisadi göstəricilərimiz planlaşdırılarkən məhz işğaldan azad olunmuş ərazilərdə geniş bərpa-quruculuq işləri qeyri-neft sektorumuzda və ümumiyyətlə, iqtisadiyyatımızda fəal artım drayverlərinin biri rolunu oynayır. O, məhz bununla izah olunur ki, Beynəlxalq Valyuta Fondunun, Dünya Bankının Azərbaycan iqtisadiyyatının 2021-ci il üçün proqnozlarına nisbətən (bu, oktyabr ayında olub) bizim proqnozlarımız daha nikbindir”.

Banker.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə bildirib.

“Demək olar ki, biz artım tempini iki dəfə daha yüksək proqnozlaşdırırıq. Əgər onlar artım tempini 1.7-2 % arasında proqnozlaşdırırlarsa, qəbul olunmuş parametrlərə əsasən biz iqtisadi artım tempini 3.4 % planlaşdırırıq”, – deyə o, qeyd edib.

Dünya Bankı da yeni ilin yanvar ayında açıqladığı “Qlobal İqtisadi Perspektivlər” adlı hesabatında Azərbaycanda 2021-ci il üzrə 1,9 %, 2022-ci ildə isə 4,5 % iqtisadi artım proqnozlaşdırır.

Son xəbərlər
Digər xəbərlər