8 C
Baku
Thursday, December 12, 2024

Kəlbəcərə gedən yolda tunellər olacaq – Prezident deyir

Azərbaycan Prezidenti İlham Əliyev ötən gün 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə bildirib ki, Toğanalı – Kəlbəcər yolu çəkiləcək.

O, bildirir ki, “bu da çox çətin relyefdən keçən bir yoldur”.

Prezident bəzi yerlərdə yüksəklik 3500 metr olduğuna görə qış aylarında bu yoldan istifadə etmək çox çətin olduğunu deyib.

“Ona görə tunellərin tikintisi nəzərdə tutulur, müvafiq göstərişlər verilib və bu layihə də indi icra edilir. Eyni zamanda, göstəriş verilib ki, Horadizdən Zəngilana, oradan Qubadlıya və oradan da Laçın rayonuna qədər yol çəkilsin və hazırlıq işləri gedir. Onu da əlavə etməliyəm ki, Toğanalıdan Kəlbəcərə çəkiləcək yol Laçın rayonuna da davam etdiriləcək. Beləliklə biz iki tərəfdən, – həm şimaldan, həm cənubdan Laçın və Kəlbəcər rayonlarına yol-nəqliyyat infrastrukturu yaradacağıq”.

Son xəbərlər
Digər xəbərlər