Azərbaycan Prezidenti İlham Əliyev 6 yanvar tarixində 2020-ci ilin yekunlarına dair videoformatda olan müşavirədə kənd təsərrüfatı ixracına yenidən baxmalı oluğumuzu bildirib.
Prezident deyib ki, həm yeni bazarlar axtarmalıyıq ki, belə xoşagəlməz [Rusiyanın pomidora qoyduğu qadağa] hallarla üzləşməyək, həm də kənd təsərrüfatı məhsullarının çeşidini artırmalıyıq.
“Ənənəvi bazarlar qalmaq şərti ilə biz yeni bazarlara çıxmalıyıq. Hesab edirəm ki, azad olunmuş torpaqlarda kənd təsərrüfatı xüsusilə bağçılıq sahəsində çox ciddi inkişaf edə bilər. Çünki meyvə məhsulları istənilən bazarda qəbul olunur. Burada ənənəvi bazarlarımızın iqlimini nəzərə alsaq, əlbəttə ki, bizim meyvəmizlə heç bir başqa meyvə rəqabət apara bilməz”.






