Bənövşəyi xəttin üzərində yerləşən üçüncü – “8 Noyabr” stansiyası istismara hazırlanır.
“Bakı Metropoliteni” QSC-dən verilən məlumata görə, hazırda əsas inşaat işləri yekunlaşdırıb, stansiyada son tamamlama tədbirləri yerinə yetirilir.
3 səviyyədən ibarət olan stansiya müasir metro inşaatı metod və üsulları, texnologiyalardan istifadə olunmaqla inşa edilib. Burada 13 min 365 kv. m. mərmər-qranit örtüyündən istifadə olunub.
Dörd giriş-çıxış keçidi olan stansiyaya sərnişinlərin rahat və təhlükəsiz daxil olub çıxmasını pilləkənlərlə yanaşı, 17 eskalator təmin edəcək. Stansiyada fiziki imkanları məhdud sərnişinlərin istifadəsi üçün nəzərdə tutulmuş 3 lift quraşdırılıb.