Azərbaycan Sənaye Bankı istehlak kreditlərinə “güc” verir

Mərkəzi Bankın İdarə Heyətinin son iclasında uçot dərəcəsinin azaldılması ilə bağlı qərarından sonra daha bir bank kredit faizlərini endirib. Lakin, istehlak kreditlərinin.

Banker.az-ın Monitorinq Qrupu bildirir ki, istehlak kreditlərinin faizlərini endirən “Azərbaycan Sənaye Bankı” ASC-dir.

ASB Bank, “Girovlu ehtiyac kreditinin illik faiz dərəcəsini 24%-dən 15-21%  dərəcəsi intervalına qədər azaldıb. Bank bu məhsulun maaş alan: təkrar müştəri 15% zaminliklə, 18 faiz zaminsiz təklif edir. Maaş almayan müştərilərə: təkrar müştəri 17% zaminliklə, 20% zaminsiz, yeni müştəri 18% zaminliklə, 21 % zaminsiz təklif ediləcək.

Bank Nağd pul krediti məhsulunun maaş alan təkrar müştərilər üçün 16%-dən 15%-ə, maaş olmayan yeni müştəri 19%-dən 18%-ə qədər azaldıb.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı geridə qoyduğumuz dekabr ayının 18-də faiz dəhlizinə dair qərarını açıqlamışdı. AMB faiz dərəcəsini 6.5%-dən 6.25%-ə qədər azaltmışdı.

 

Son xəbərlər
Digər xəbərlər