11 C
Baku
Monday, November 18, 2024

Dövlət Neft Fondu əməkdaşlarının könüllü tibbi sığortası üçün “AtaSığorta”nı seçdi

“AtaSığorta” ASC Azərbaycan Respublikasının Dövlət Neft Fondunun təkliflər sorğusu proseduru ilə keçirilmiş müsabiqənin qalibi seçilərək Dövlət Neft Fondunun əməkdaşlarını Könüllü Tibbi Sığorta növü üzrə sığortalamışdır.

“AtaSığorta” ASC 2004-cü il iyul ayının 21-də rəsmi dövlət qeydiyyatından keçib və həmin ilin sentyabr ayının 3-dən etibarən tam lisenziyalı sığorta fəaliyyətini həyata keçirir. Şirkət fəaliyyətinin əsas prinsipi kimi fiziki və hüquqi şəxslər üçün effektiv sığorta layihələri hazırlayır və inkişaf etdirir. “AtaSığorta” ASC müştərilərinin bütün mümkün və sığortalana biləcək risklərinə maksimum təminat verir. AtaSığorta şirkəti 26 könüllü və 4 icbari növlər üzrə sığorta xidmətləri təqdim edir.

Müştəri məmnuniyyətinin artırılması və xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə Şirkətin Çağrı Mərkəzi 24/7 rejimdə fəaliyyət göstərir.

Son xəbərlər
Digər xəbərlər