9 C
Baku
Thursday, December 12, 2024

Latviya, Litva və Estoniya startap üçün ən əlverişli ölkələr adlandırılıb

Beynəlxalq vençur şirkəti olan “Index Ventures” startap üçün ən əlverişli ölkələrin reytinqini tərtib edib.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Reytinqdə Latviya, Litva və Estoniya liderlik edir.

Ümumilikdə siyahıya 24 ölkə daxildir: onlardan 20-si Avropa ölkələri, ABŞ, Kanada, Avstraliya və İsraildir. Rusiya reytinqə daxil edilməyib.

Üç Baltikyanı ölkə startaplara istedadlı kadrları cəlb etmək və əldə saxlamaq işini asanlaşdıran yeni siyasətləri sayəsində reytinqdə ilk üçlüyə daxil olublar. Belə ki, dekabr ayında Latviyada qəbul edilmiş yeni qanunvericiliyə görə, startapda işləyənlərə xüsusi vergi imtiyazı veriləcək.

“Bu dəyişikliklər Latviya və Litva startaplarını sevindirəcək, indi isə Avropanın digər ölkələrinin bizdən nümunə götürməsini zəruri görürük”, – deyə “Index Ventures”in tərəfdaşı Martin Minyot söyləyib.

Qeyd edək ki, 2020-ci ildə Avropa startaplarına qoyulan investisiyalar rekord 41 milyard dollara çatmışdı. 2021-ci ilin martında Avropa Komissiyası startaplarla bağlı siyasət standartlarını dərc edə bilər ki, bu da səhm opsionlarına təsir edəcək.

Son xəbərlər
Digər xəbərlər