11 C
Baku
Monday, November 25, 2024

Düponlar sülaləsi

Düponlar sülaləsinin əsası XIX əsrdə DuPont Eleterom İrene Dü Pon de Nemur şirkətinin açılması ilə qoyulub. Fransız ailəsi ABŞ-ın Delaver ştatında məskunlaşmışdılar. Bu günkü gündə bu ştat dəbdəbəli malikanələr yerləşən qoruğa çevrilib. Burada məşhur sülalənin nəticələri istirahət edirlər.

Düponların sərvətinin artması sayəsində Uilminqton şəhəri ştatda ən böyük şəhərə çevrilir. Bu şəhərdə və ştatda bütün fabrik və zavodlar Düpon ailəsinə məxsusdur. Şəhərin mərkəzində isə 13 mərtəbəli bir göydələn ucaldılıb. Məhz bu binada Düponlar imperiyasının yaradılması başlayıb və məhz burada imperiyanın yaradılışının tarixi saxlanılır.

Hələ XIII Lüdovik vaxtlarında keşikçi Dü Pon şən və gözəl həyat sürmək üçün icra etdiyi göstərişlərə görə əlavə pul mükafatı almağı bacarmışdı. Gözəl yaşamaq istəyi və bacarığı Düpon ailəsinin demək olar ki, bütün üzvlərinə ötürülmüşdü, onlar sülalənin şöhrət qazanmağında və sərvətin artırılmasında fəal iştirak göstərmişdilər.

İmperiyanı inkişaf etdirmək üçün mütəxəssislər ancaq fransızların arasından seçilirdi və amerikalılara tamamilə məhəl qoyulmurdu. Bunun sayəsində Delaver ştatı fransız nitqi və adətləri ilə doludur. Bu günkü gündə də ştatın əhalisi üçün bağlı meşələrdə tülkü ovu edən qədim paltar geyinmiş fransızları görmək çox adi haldır.

Düpon sülaləsinin əsas biznesi ABŞ-da barıt istehsalı ilə məşğul olan №1 holdinqi idi. Bu holdinq sahibinə barıt kralı adını qazandırmışdı. Düpon imperiyası müxtəlif müharibələrin sayəsində pul qazanırdı. Hər bir müharibə ailənin sərvətinin artırılması üçün növbəti mərhələ olurdu.

1941-ci ildə Düponlar bütün əlaqələrini istifadə edərək iki aviasiya zavodu əldə edirlər. Bu alış-veriş şirkət biznesində hərbi aviasiya istiqamətinin başlanğıcına çevrilir. 1942-ci ildə Düponların təqdim etdikləri silahların qiymətlərinin çox yüksək olduğu barəsində məlumatlar yayılmışdı.

Kimyəvi silahların ilk nümunələrinin yaradılmasından dərhal sonra Düponlar ABŞ-da Amerika kimyəvi zavodları üzrə hökmranlığı ələ keçirirlər. Versal müqaviləsindən yararlanaraq Düponlar məğlub edilmiş Almaniyanın kimyəvi sirlərini əldə edirlər.

Zaman ötür və Düponların imperiyasında mühəndislər, kimyaçılar, dizaynerlər və ən yaxşı iqtisadçılar çalışır. İmperiyaya isə Eleter Dü Ponun nəticələri başçılıq edir. Demək olar ki, Düponların hər bir nəslində oğulların ataları ilə münasibətləri pis olub. Bəziləri hətta atalarının dəfn etmə mərasimlərinə belə gəlməyiblər. Qəribə olsa da, bu hal onların rifahına heç cür təsir göstərmir.

Son xəbərlər
Digər xəbərlər